Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı
28 12 2019 Məlumat verildiyi kimi, 29 oktyabr 2019-cu il tarixdə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi və Dövlət Neft Şirkətinin mətbuat xidmətlərindən
27 12 2019 “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılmışdır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
27 12 2019 Dekabrın 27-də Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Polislərdən qaçqın və məcburi köçkünlərə bayram sovqatı
24 12 2019 Hər il olduğu kimi, bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində - dekabrın 24-də Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 18 12 2019 Dekabrın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göndərişi ilə Rusiya Federasiyası DİN-in xüsusi ali təhsil müəssisələrində təhsillərini başa vuraraq ölkəmizə qayıtmış 9 məzuna “polis leytenantı” xüsusi rütbəsi verilməklə ixtisasları üzrə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb.
Polislərimiz bu gün 11400 ağac əkdi
06 12 2019 Ağacəkmə kampaniyasında Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı 05 12 2019 Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 5-də Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı 02 12 2019 Dekabrın 2-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Əmniyyət Genel Müdiri Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bakı Şəhər Baş Polis İdarəsindən
30 11 2019 Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.