Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

DİN-də Xocalı faciəsinin qurbanları yad edildi
24 02 2020

Fevralın 24-də Daxili İşlər Nazirliyində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib. 

Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 02 2020 Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək  Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaş ilə görüşüb.
Çevik polislər yeni formada
Çevik polislər yeni formada 08 02 2020 Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Əlahiddə Çevik Polis Alayında yeni geyim formasının tətbiqi ilə əlaqədar sıra baxışını keçirib.
Nazir səfirlə görüşdü
Nazir səfirlə görüşdü 07 02 2020

Fevralın 7-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 05 02 2020 Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Həməd Abdulla Xudeyri qəbul edib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
03 02 2020 Fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun  meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilmişdir.
Vətəndaşların nəzərinə
01 02 2020

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 28-də Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərinin Şirvan şəhər Polis Şöbəsində qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

Vətəndaşların nəzərinə
01 02 2020 Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov tərəfindən 2020-ci il fevral ayının 22-də Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərinin Bərdə rayon Polis Şöbəsində qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
29 01 2020 Yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuşdur.