Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2 nömrəli Əlavəsinin 8-ci “Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq” bəndinə əsasən şəxslər aşağıdakı sənədləri şəxsən polis orqanına təqdim etməlidirlər:
1. Ərizə;
- fiziki şəxslər ərizədə adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növünü göstərməlidir;
- hüquqi şəxslər ərizədə hüquqi adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növünü göstərməlidir;
2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;
- əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq, qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti və qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında» 08 may 2006-ci il tarixli 120 nömrəli Qərarı.ilə müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər:
- narkotik vasitələr və psixotrop maddələr saxlanılan aptek, bina və otaqların mühafizəsinin təmin edilməsi barədə polis orqanlarından arayış;
- narkotik vasitələrin və psixotrop maddələrin satışı, daşınması üsulu barədə arayış;
- narkotik vasitələrin və psixotrop maddələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış;
- psixotrop maddələrin satışı ilə məşğul olmaq üçün verilmiş icazənin surəti.
https://www.dxr.az/xidmet/22270