103 illik zəngin ənənəyə malik Polis Akademiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi inkişaf mərhələsinə qədəm qoyub. Akademiyanın yeni inşa olunmuş 1500 nəfərlik yeni tədris korpusu və yataqxana kompleksinin artıq kursantların istifadəsinə verilməsi məhz Ali Baş Komandanın hərtərəfli diqqətinin əyani təzahürüdür.
Oktyabrın 17-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərə, COP29 tədbiri ilə əlaqədar qarşıda duran vəzifələrə və cari ilin 9 ayının yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 9-da və 10-da Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən 2024-cü il oktyabr ayının 10-da Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Sentyabrın 25-də Daxili İşlər Nazirliyində Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi "Risklərin təhlili" işçi qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.