DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ucar rayon sakini Nigar Vəliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Şahnigar Yusifova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşların müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılaraq obyektiv şəkildə araşdırılmasına, xüsusilə də kibercinayətkarlıqla mübarizə çərçivəsində aparılan maarifləndirmə işinə görə Nərimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Elxan Şirvanov öz təşəkkür məktubunda onlayn alış-veriş saytlarından birində naməlum şəxs tərəfindən pulunun mənimsənilməsi ilə bağlı müraciətinin Lənkəran ŞRPŞ-də obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Əkrəm Hüseynov öz təşəkkür məktubunda bölgələrdə keçirilən vətəndaş qəbullarına, müraciət üçün gələn bütün vətəndaşların dinlənilərək lazımi köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Balakən rayon sakini Naib Dibirov müraciətinin müsbət həll olunmasına görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Cabir Cəfərov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ağsu RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Samirə Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüsalə Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Günel İbrahimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsində qəbul edildiyinə, müraciətinin araşdırılaraq müvafiq tədbirlərin görüldüyünə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.