DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Bəhruz Şirəliyev Quba rayonuna istirahətə gəldiyi zaman avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Sara Mehdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rahilə Cəfərova üzləşdiyi oğurluqla bağlı müraciətinə qısa müddət ərzində reaksiya verilməsinə və müsbət həll olunmasına görə Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Solmaz Babayeva ünvanladığı məktubda müraciətinə həssas yanaşılmasına, aparılan obyektiv araşdırmalarla qısa müddətdə müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Fariz İmanov müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Vətəndaş Elnur Mehbalıyev müraciətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir. 

Vətəndaş Əliqənbər Əliyev etdiyi müraciətlə bağlı ona göstərilən yüksək diqqət və qayğıya görə Cəlilabad RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Rasim Yusifov etdiyi müraciətə operativ baxılaraq probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Sosial şəbəkə istifadəçisi Yana Əsədova müraciətinə obyektiv baxılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarına təşəkkür edir.