DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ziyafət Qasımova şikayətinə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. 

Şəmkir rayon sakini Əfsanə Rzayeva müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Valeh Muradov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mobil telefonunun itməsi ilə bağlı müraciətinə çevik reaksiya verildiyinə, polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə telefonunun tapılaraq ona qaytarıldığına görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Qazax rayon sakini Ceyhun Rəhimov müraciətində antinarkotik təbliğatının mütəmadi və effektiv şəkildə aparılmasına görə DİN rəhbərliyinə və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Rəşad Məhərrəmov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv və operativ araşdırmanın aparılmasına DİN rəhbərliyinə təşəkkürünü ifadə edir. 

Quba rayon sakini Polad Ömərov avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığı zaman ona göstərilən köməkliyə  görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Vüsal Mustafayev icarə əsasında işlətdiyi obyektində yaranmış problemlərin həllində göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Əmrah Əmrahov avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığı zaman ona göstərilən köməkliyə  görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Vüsal İmanov avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığı zaman ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.