DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Vüsal İsayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, hadisəni araşdıran Nərimanov RPİ-nin əməkdaşlarının ona diqqət və qayğı ilə yanaşdıqlarını və dəymiş maddi ziyanın ödətdirilməsinə köməklik göstərildiyini qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Qorxmaz Xeyrullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Abşeron rayon sakini Elmin Əhmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Ağagül Məmişov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda avtomobilinin qeydiyyatı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getdiyini, qısa müddətdə və rahatlıqla avtomobilinin qeydiyyata alındığını qeyd edir. A.Məmişov vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Anar Umayev probleminin aradan qaldırılmasında göstərilən köməkliyə görə Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Aygün Şərifova müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Rizvan Həsənov üzləşdiyi avtomobil qəzası zamanı düşdüyü çətin vəziyyətdən çıxmasında ona göstərdikləri köməkliyə görə Pirallahı RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Vətəndaş Cəmilə Adıgözəlova onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN-in əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakinləri Ağakamal Məmmədov və Nuranə Mursaquliyeva pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıqlarını ifadə edirlər.