Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Vətəndaşlardan təşəkkür məktubları

11 iyul 2018
Bakı şəhər sakini, yazar Aida Eyvazova dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsində dünən olduğu kimi bu gün də gecəli-gündüzlü, ayıq-sayıq xidmət aparan Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
11 iyul 2018
Bakı şəhər sakini Şəbnəm Eldarova ayın 2-i və 3-də ölkədə yaşanan enerji böhranı zamanı polislərin fədakarlığını yüksək qiymətləndirir və həmkarlarımıza minnətdarlığını ifadə edir.
10 iyul 2018
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq elmləri doktoru Bəhram Zahidov 2 iyul “Azərbaycan Polisi günü” münasibətilə həmkarlarımızı təbrik edir, xidmətlərində uğurlar arzulayır.
10 iyul 2018
İsgəndər Əhmədov, Məzahir Məmmədov, Famil İbrahimov və Astaradan Elmira Əhmədova polisin fəaliyyətindən razılığını ifadə edir.
10 iyul 2018
Kürdəmir rayon sakini İnqilab Vəliyev etdiyi müraciətə Binəqədi RPİ-də baxıldığına, xüsusilə polis kapitanı Rüstəm İsmayılov tərəfindən aparılan araşdırmadan sonra hər şeyin qanun çərçivəsində öz həllini tapdığına, dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
10 iyul 2018
Təqaüddə olan polis veteranı Fərzalı Məmmədov DİN-in Arif Heydərov adına Respublika Hospitalında veteranlara, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.
10 iyul 2018
Xətai rayon sakini Akif Mamedov DİN-ə ünvanladığı məktubunda baş verən avtomobil qəzası zamanı ona dəyən ziyanın ödənilməsində göstərdiyi köməyə görə DİN Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı, baş təhqiqatçı Səfyar Əliyeva təşəkkürünü bildirir.
10 iyul 2018
Şirvan şəhər sakini Mehman Quliyev və bir qrup şəhər ağsaqqalı Şirvan şəhərində qısa zaman kəsiyində bəzi cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, əllərdəki qanunusz silahların yığılmasında və bu sahədə profilaktik, həmçinin əməliyyat-axtarış tədbirlərinin geniş vüsət almasında bir polis zabiti kimi qətiyyətini əsirgəməyən ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə minnətdarlıq edirlər. Bir qrup Astara rayon RPŞ-nin rəhbərliyindən və əməkdaşlarından razılıqlarını ifadə edirlər.
09 iyul 2018
Bakı şəhər sakini Günay Mərdəliyeva müraciətinə tez və obyektiv baxıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
09 iyul 2018
Gəncə şəhər sakini Aygün Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə polisin rolunu müsbət dəyərləndirir və daxili işlər orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir.