DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini  İsa Muradov sosial şəbəkədə mobil nömrə satışı ilə bağlı aldadılaraq pulunun ələ keçirilməsi barədə etdiyi müraciətinə həssaslıqla yanaşılıb köməklik göstərilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Ziya Mirzəbəyov özünə məxsus mağazadan oğurluq edən şəxsin qısa zaman kəsiyində yaxalanmasına görə DİN rəhbərliyinə və Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Hacağa Əskərov etdiyi müraciətinə  həssaslıqla yanaşılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Quba rayon sakini Tiğyə Paşayeva şikayətinin təmin edilməsinə və dələduzluq yolu ilə ələ keçirilmiş  pulunun geri qaytartdırılmasına görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Nuranə Zərbəliyeva rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Fərid Paşayev etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və özünə məxsus həyətyanı sahədən oğurlanmış iribuynuzlu heyvanın tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Sahil Pənahov kart hesabından pulunun ələ keçirilməsi ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Mehdi Əliyev onlayn yolla  maddi ziyana məruz qalmasını və bu məqsədlə etdiyi müraciətinin Quba RPŞ-də müsbət həllini tapmasına görə  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Xəlil Xəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.