Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Vətəndaşlardan təşəkkür məktubları

14 iyul 2018
Astaradan R.Hüseynov, A.Əliyev, C.Hüseynov və polis veteranı Amil Cəfərov rayondakı əmin-amanlığa, sabitliyə görə həmkarlarımıza minnətdarlıqlarını ifadə edir, onlara çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayırlar.
14 iyul 2018
Şirvan şəhər sakini Mehman Quliyev və bir qrup şəhər ağsaqqalı Şirvanda narkotiklərlə aparılan mübarizədə, əllərdəki qanunusz silahların yığılmasında və bu sahədə profilaktik, həmçinin əməliyyat-axtarış tədbirlərinin geniş vüsət almasında bir polis zabiti kimi qətiyyətini əsirgəməyən ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə minnətdarlıq edirlər.
14 iyul 2018
Sumqayıt şəhər sakinləri Sahib Rəhimov və Əli Atakişiyev Sumqayıt şəhər Mühafizə İdarəsində polis nəfəri kimi xidmət edən övladlarına “polis leytenantı” xüsusi rütbəsi verildiyinə və xidmətdə fərlənən gənclərə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
14 iyul 2018
Prezident təqaüdçüsü, II qrup əlil Afiq Həsənov DİN-in Arif Heydərov adına Respublika Hospitalında veteranlara, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.
14 iyul 2018
Masallı rayon sakini Məmmədağa Şiriyev cümhuriyyət yaşıdı olan həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir.
13 iyul 2018
Bakı şəhər sakini Şəbnəm Eldarova DİN-ə ünvanladığı məktubunda işıqların sönməsi ilə əlaqədar metroda başvermiş fövqəladə vəziyyət zamanı onlara göstərdikləri köməyə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
13 iyul 2018
Goranboy şəhər sakini Nazim Adilov məktubunda səhhətində yaranan problemin aradan qaldırılmasında ona göstərdikləri köməyə görə DİN-in A.Heydərov adına Respublika Hospitalının rəhbərliyinə və bütün tibbi personala öz təşəkkürünü bildirir.
13 iyul 2018
Astara rayon sakini A.Xəlilov DİN-ə ünvanladığı məktubunda şikayətinə tez və obyektiv baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
13 iyul 2018
Bakı şəhər sakini Fevral Məhəmmədov DİN rəhbərliyinə ünvanladığı məktubunda üzləşdiyi problemin həllini tapmasında göstərdikləri köməyə görə Qusar Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
13 iyul 2018
İsmayıllı rayon sakini Kamal Allahverdiyev DİN-ə ünvanladığı məktubunda ictimai sabitliyin təminində, cinayətkarlıqla mübarizədə polisin rolunu yüksək dəyərləndirir və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.