DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Tamara Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərə görə həmin şöbənin əməkdaşlarına təşəkkür edir. 

Sosial şəbəkə istifadəçisi Mirismayıl Xələfli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və göstərilən diqqətli yanaşmaya görə Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarına təşəkkürünü bildirir.

Saatlı rayon sakini Aqil Əvəzov daxili işlər naziri tərəfindən Saatlı rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini yazır. O, vətəndaş qəbulu zamanı etdiyi müraciəti üzrə müvafiq göstəriş verilərək müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Mehdi Həmidov müraciəti üzrə polis orqanında aparılan obyektiv araşdırmalara və qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bərdə rayon sakini Sahibə Mehtiyeva üzləşdiyi problemin həllində göstərilən diqqətə və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bərdə rayon sakini Elşad Rüstəmov üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarına təşəkkürünü bildirir.

Gədəbəy rayon sakini Vüqar Paşayev daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda etdiyi müraciətinə Yasamal Rayon Polis İdarəsi tərəfindən operativ baxılaraq müsbət həll olunmasında və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal RPİ əməkdaşlarına təşəkkürünü bildirir.

Gədəbəy rayon sakini Eldar Haxverdiyev bir müddət əvvəl üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, polisin səlahiyyətinə aid olmayan məsələ olsa da, Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən müvafiq köməklik göstərildiyini qeyd edir. O, hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və Gədəbəy RPŞ əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Yasəmən Məmmədova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciəti üzrə obyektiv araşdırma aparılaraq qısa müddət ərzində müsbət həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ əməkdaşlarına təşəkkürünü bildirir.