DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakinləri Cavid Məmmədov və Gündüz Hüseynov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlıqlarını yazırlar.

Sosial şəbəkə istifadəçisi Gülşən Məmmədova ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Əlirza Nurizadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pulunun dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı etdiyi müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin görüldüyünə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Gədəbəy rayon sakini Vüqar Paşayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mirzə Dadaşov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin görüldüyünə və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Elgiz Ağayev üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Zəhra Gözəlova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə iştifadəçisi Nazim Qasımzadə müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında əməyi olan Azərbaycan Polisinə minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi Vüsalə İslamova onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Abşeron RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.