DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Oğuz rayon sakini Əhliman Qurbanov müraciətinə operativ reaksiya verildiyinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aytac Nağıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Sərvər Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona hüquqi izahın verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Əminə Rzayeva ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sosial şəbəkə istifadəçisi Sevil Rzayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Günay Bünyadzadə göstərilən köməyə görə Beyləqan yol patrul xidmətinin əməkdaşına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Könül Bəşirova ona dəymiş ziyanın aradan qaldırılmasında göstərilən köməyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Quba rayon sakini Nurlan Aslanov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Elmira Məmmədova bank kartından pulunun oğurlanması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.