DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Daşkəsən rayon sakini Hidayət Orucov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Qəmbər Verdiyev ictimai asayişin və ictimai qaydanın qorunmasında Gəncə Şəhər Baş Polis İdarəsinin xidməti fəaliyyətini təqdir edir.

Samux rayon sakini Şamo Abbasov göstərilən diqqət və qayğıya görə Naxçıvan DİN rəhbərliyinə  təşəkkürünü bildirir.

Şəhid anası Amana Nəsirova probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Göygöl rayon sakini Məhəmməd Bağırov cinayətkarlıqla mübarizədə qətiyyət nümayiş etdirdiklərinə görə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İlahə Rüstəmova vətəndaş müraciətinə həssaslıqla yanaşılmasına görə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Goranboy rayon Eyvazlılar kənd tam orta məktəbinin kollektivi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkomaniyaya ilə bağlı mütəmadı keçirdikləri məktəb tədbirlərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bir qrup Gəncə şəhər sakini Daxili İşlər Nazirliyinə ünvanladıqları təşəkkür məktubunda üzləşdikləri problem ilə bağlı etdikləri müraciətiə operativ reaksiya verilməsinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Ziyafət Qasımova şikayətinə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.