DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Günel Abbasova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə və Mətbuat Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rauf Orucov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların qanuni mənafelərini, eləcə də hüquq və azadlıqlarını etibarlı qoruyan, müraciətlərə operativ reaksiya verən, xidməti vəzifələrini layiqincə yerinə yetirən başda DİN rəhbərliyi olmaqla, Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Nərgiz Məmmədova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zibeydə Sadıqova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ağasəf Xalfeyev dələduzluğa məruz qalması ilə bağlı müraciətinə operativ baxılmasına və ona dəyən ziyanın tam şəkildə ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir edir.

Sosial şəbəkə istifadəçisi Elvin Babayev müraciətinə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Rövşən Novruzov dələduzluğa məruz qalması ilə bağlı müraciətinə operativ baxılmasına və obyektiv araşdırma aparılmasına görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirir.

Sosial şəbəkə istifadəçisi Nuray Rzayeva müraciətinə operativ baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini  Vüsal Hacıyev probleminin tez bir zamanda həllini tapmasında ona göstərilən köməkliyə görə  Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.