Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bərdə rayon sakini Şəhriyar Quliyev DİN-ə ünvanladığı məktubunda müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Ucar rayon sakinləri Aygün və Səadət Fərəcovalar DİN-ə ünvanladıqları təşəkkür məktubunda müraciətlərinə həssas yanaşılaraq məişət və sosial problemlərinin həlli üçün onlara göstərilən maddi yardımlara görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. 

Şirvan şəhər sakini Ağapəri Allahverənova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Salyan rayon sakini Cəfərağa Rzayev etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Neman Hüseynov öz təşəkkür məktubunda nümunəvi xidmətə, vətəndaşlara qarşı nəzakətli davranışlara görə Yardımlı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Suad Səlimov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Eyvaz Fərəсov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ətraf mühiti çirkləndirən şəxslərlə bağlı görülən tədbirlərə görə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Təranə Bağırova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Rima Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına və hüquqlarının ona izah edilməsinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.