DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Regionların inkişafı diqqət mərkəzindədir

13.05.2005



Regionların inkiçafı diqqət mərkəzindədir.
Bu işdə polis öz köməyini əsirgəmir.


 Bu günlər respublikamızın hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü böyük təntənə ilə qeyd edilir, bu münasibətlə müxtəlif bölgələrdə yeni obyektlər istifadəyə verilir, abadlıq işləri aparılır, abidələr ujaldılır.
 Azərbayjan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov möhtərəm prezidentimiz jənab İlham Əliyevin tapşırığına əsasən, Tərtər çayı üzərində salınmış yeni körpünün açılış mərasimində iştirak etmək, habelə bu jəbhəyanı bölgədə həyata keçirilən geniş qurujuluq işlərilə yerindəjə tanış olmaq məqsədilə mayın 11-də Bərdə rayonunda olmuşdur.
 Önjə nazir R.Usubov prezident seçkiləri ərəfəsində tikilmiş akademik Zərifə Əliyeva adına məktəbə baş çəkmiş, onun xatirəsinə ujaldılmış abidənin önünə tər çiçək dəstəsi qoymuş, məktəbin kollektivi ilə görüşərək onların qayğıları ilə maraqlanmış, tədris prosesi ilə tanış olmuşdur.
 Sonra respublikanın daxili işlər naziri Tərtər çayı üzərində salınmış, sakinlərin rahat gediş-gəlişini təmin edəjək, uzunluğu 66, eni 4,5 metr olan körpünün açılışında iştirak etmişdir. Bərdə və Ağdam rayonlarının ijra, hüquq-mühafizə orqanları rəhbərlərinin də qatıldıqları tədbiri Bərdə RİH-in başçısı Elman Allahverdiyev açaraq son illər Azərbayjan Prezidenti jənab İlham Əliyevin birbaşa nəzarəti, jiddi tələbkarlığı sayəsində respublikamızın bütün bölgələrində geniş abadlıq, qurujuluq işlərinin getdiyini, regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq yeni obyektlərin istifadəyə verildiyinin, minlərlə əlavə iş yerlərinin açıldığını vurğulamış, bunun əyani təsdiqi kimi Tərtər çayı üzərində yeni körpünün salınmasını misal gətirmişdir.
 Yeni körpünü inşa etmiş tikinti idarəsinin nümayəndəsi Rəşad Hüseynov, rayon sakini, orta məktəb müəllimi Xızırı Ələkbərov çıxış edərək bərdəliləri yeni körpünün istifadəyə verilməsi münasibətilə təbrik etmiş, bu işdə zəhməti olanların hamısına, xüsusən ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
 Mərasimdə çıxış edən nazir Ramil Usubov tədbirdə dövlət başçmızın tapşırığına əsasən iştirak etdiyini vurğulayaraq Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını bərdəlilərə çatdırmışdır. Nazir xatırlatmışdır ki, hökumət üzvlərinin, yüksək vəzifəli şəxslərin bölgələrə səfərlərinin əsası vaxtilə ümummilli liderimizin yenidən hakimiyyətə qayıtdığı illərdə qoyulmuş, məhz onun tapşırığıyla DİN rəhbərliyi 2002-ji ilin əvvəllərində bu bölgədə sosial yönümlü bir sıra obyektlərin tikintisinə yaxından köməklik göstərmiş, yerli polis orqanlarının əməkdaşları belə xeyirxah işlərə fəal şəkildə jəlb olunmuşlar. Bu gün respublikamızın bütün şəhər və rayonlarında dinamik inkişaf proseslərinin getdiyini nəzərə çarpdıran DİN rəhbəri görülən işlər nətijəsində ölkə iqtisadiyyatının güjləndiyini, müvafiq Dövlət Proqramı əsasında regionların inkişaf məsələlərinin öz müsbət həllini tapdığını demiş, həyata keçirilən qurujuluq və abadlıq işlərini, yeni müəssisələrin, sənaye obyektlərinin yaranmasını, fərdi tikintinin geniş vüsət almasını və 200 mindən artıq yeni iş yerlərinin açılmasını möhtərəm Prezidentimiz jənab İlham Əliyevin seçkiqabağı çıxışlarında verdiyi bütün vədlərə sadiq qalması kimi dəyərləndirmişdir.
 Daxili işlər naziri bildirmişdir ki, bu il mayın 4-də möhtərəm dövlət başçımızın sədrliyi ilə keçirilmiş və ölkədə sosial-iqtisadi inkişaf məsələlərinə həsr olunmuş müşavirədə digər məsələlərlə yanaşı, regionlarda yeni iş yerlərinin açılması, yeni infrastrukturların yaradılması üzrə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə jiddi və konkret tədbirlərin görülməsi tapşırılmışdır. Regionlarda bu işlərə yaxından köməklik göstərilməsi üçün yüksək vəzifəli şəxslərə, o jümlədən respublikanın daxili işlər nazirinə ölkə prezidenti tərəfindən də müvafiq tapşırıqlar verilmişdir. Nazir təntənəli mərasim iştirakçılarını əmin etmişdir ki, bundan sonra da DİN rəhbərliyi və aidiyyəti polis orqanları Bərdə və Ağdam rayonlarında yerli ijra qurumları ilə birlikdə mövjud imkanlar daxilində abadlıq işlərinin aparılması, müasir infrastrukturların yaradılması, yeni iş yerlərinin açılması, qaçqın və məjburi köçkünlər üçün şəhərjiklərin tikintisinin sürətləndirilməsi, tezliklə başa çatdırılması və digər sahələrdə əllərindən gələn köməyi əsirgəməyəjək, vətəndaşlarımızın qayğıları və problemləri ilə daim maraqlanaraq onların həllinə çalışajaqlar. Şəxsən Prezident İlham Əliyev Azərbayjan xalqının, onun hər bir vətəndaşının problemlərinin həlli istiqamətində çox jiddi işlər gördüyü, addımlar atdığı kimi hər bir dövlət məmuru da bu sahədə üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirməli, ölkə rəhbərindən nümunə götürməlidir.
 General-polkovnik Ramil Usubov xüsusilə qeyd etmişdir ki, möhtərəm prezidentimizin amalı qurub-yaratmaq, vətəndaşlarımızın rifah halını daha da yaxşılaşdırmaq, ölkədə əmin-amanlığı daimi, dönməz etmək, suverenliyimizi, dövlətçiliyimizi möhkəmləndirmək, ölkəmizin ən ağrılı problemi olan ərazi bütövlüyünü bərpa etməkdir. Prezidentin rəhbərliyi ilə ölkədə aparılan geniş qurujuluq işlərinə daim öz töhfəsini verən Azərbayjan Polisi dövlət başçımız ətrafında sıx birləşərək respublikamızda sabitliyi, əmin-amanlığı, demokratik hüquq və azadlıqları qorumağı hər şeydən uja tutmuş, şəxsi heyət jinayətkarlıqla mübarizədə qətiyyət göstərərək təməli ümummilli liderimiz tərəfindən qoyulmuş Azərbayjan dövlətinə, dövlətçiliyinə, böyük öndərin kursunun layiqli davamçısı olan jənab İlham Əliyevin yeritdiyi siyasətə həmişə sadiq olmuş, bu gün də olmaqdadır. Bu kursun möhtərəm prezidentmiz İlham Əliyev tərəfindən hazırda uğurla dava etdirildiyini vurğulayan general-polkovnik R.Usubov ümummilli mənafelərimizə zidd hərəkət etmək istəyənlərə, yenidən respublikamızı anarxiyaya, özbaşınalıq girdabına sürükləməyə çalışanlara, sabitliyin pozulmasına jəhd edənlərə xəbərdarlıq etmişdir ki, belə qanunsuz əməllərin qarşısı hər zaman olduğu kimi bundan sonra da asayiş keşikçiləri tərəfindən qətiyyətlə alınajaqdır.
 Nazir həyati əhəmiyyət kəsb edən körpünün açılışı münasibətilə bərdəliləri bir daha təbrik etmişdir.
 Körpünün açılış mərasimindən sonra daxili işlər naziri bu yaxınlarda təbii fəlakət nətijəsində ziyan çəkmiş beşmərtəbəli yaşayış binasının vəziyyəti ilə maraqlanmış, binanın sakinlərinə yararsız hala düşmüş dam örtüyünün yenisi ilə əvəzlənməsində yardımçı olajağına söz vermişdir.
 Ağdam rayonunda general-polkovnik R.Usubov Çullu kəndində öz ömrünü başa vurmuş məktəb binasının yerinə 300 nəfərlik ikimərtəbəli yeni binanın tikintisinə yardım edəjəyini və növbəti tədris ilinədək onun istifadəyə veriləjəyini bildirmişdir. Bundan əlavə, DİN rəhbəri yolun yeni məktəbə qədər olan təxminən bir kilometrlik hissəsinə asfalt döşənməsinə də imkan daxilində köməklik ediləjəyini söyləmişdir.
 Sonra daxili işlər naziri Ağdam rayonunda qaçqın və məjburi köçkünlər üçün inşa edilən evlərin tikintisi ilə maraqlanmış, mövjud problemlərin həlli üçün müəyyən yardımların göstəriləjəyini bildirmişdir.
 Bakıya qayıdarkən daxili işlər naziri RöUsubov Yevlax ŞRPŞ-də aparılan əsaslı yenidənqurma və təmir işlərinin vəziyyəti ilə də tanış olmuş, Dövlət Yol Polisi Bölməsinin Diaqnostika Mərkəzinin tikintisinin sürtələndirilməsi üçün əlaqədar şəxslərə konkret tapşırıqlar vermişdir.

12 may 2005-ji il
 


Ən son press-relizlər