DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisində F.Dəmirova qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar

17.09.2021

Yasamal RPİ 28-ci Polis Bölməsinə sentyabrın 16-da  rayon ərazisində 2 nəfərin F.Dəmirova zor tətbiq edərək 400 manat pulunu almaları barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağdam rayon sakini R.Səfərov və Gəncə şəhər sakini C.Aslanov müəyyən edilərək saxlanılmışlar.   

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

17.09.2021 tarixinə olan kriminal məlumatlar