Axtarış

Virtual Karabakh Justice for khojaly

Xətai rayonunda binalarda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb

17.09.2021
Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı  qeyd edilən hadisələri etməkdə şübhəli bilinən Elvin Alıyev tutulub. Araşdırma zamanı onun Xətai rayonu ilə yanaşı paytaxtın digər rayonlarında da analoji hadisələr etdiyi məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqların bir neçəsi binlarda quraşdırılan təhlükəsizlik kameraları vaitəsi ilə də görüntülənib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Elvin Alıyev barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


geriyə