DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şabran rayonunun Gəndov kəndi ərazisində yol-nəqliyyat hadisəsi

06.05.2021

Mayın 5-də saat 22 radələrində Şabran rayonunun Gəndov kəndi ərazisində kənd sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Quba rayon sakini Xəyal Əhmədxanlının idarə etdiyi “VAZ-21723” markalı avtomobillər toqquşmuşdur. Nəticədə X.Əhmədxanlı, sərnişinləri - qardaşı Ə.Əhmədxanlı və həmyerlisi Əli Əzizov xəstəxanaya yerləşdirilmiş, X.Əhmədxanlı və Ə.Əzizov orada ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.