DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Alıyevdən 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür

06.05.2021

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Alıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür.