DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qocayev və C.Abdullayev saxlanılmışlar

24.01.2021

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qocayev və C.Abdullayev saxlanılmışlar.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini A.İsmayılova ilə birgə Əmircan qəsəbəsi ərazisindəki Baytarlıq idarəsindən 567 manat dəyərində dərman preparatları, təmir-tikinti alətləri, 5 həyətyanı sahədən isə su mühərriki, velosiped, kombi və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.

Davam etdirilən tədbirlərlə A.İsmayılova da polis əməkdaşları tərəfindən saxlanılmışdır.