DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Salyan şəhər sakinləri K.Salahov və S.Quliyev saxlanılmışlar

24.01.2021

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki restoranların birindən 3000 manat dəyərində 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar -  K.Salahov və S.Quliyev saxlanılmışlar.
Davam etdirilən tədbirlərlə S.Quliyevdən 1 ədəd bıçaq və 2 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.