DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar şəhər sakini A.Balakişiyev saxlanılmışdır

23.01.2021

Qusar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.Balakişiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, yaşadığı evə baxış zamanı isə 7 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş Z.Seyidəhmədovla birgə 2020-ci il dekabrın 19-na keçən gecə şəhər ərazisində Yasab kənd sakini E.Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobildən oğurluq etmələri də müəyyən edilmişdir.

Davam etdirilən tədbirlərlə Z.Seydəhmədov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.
A.Balakişiyevin yanvarın 9-dan 19-dək olan müddətdə B.Ağasıoğlu küçəsində İmamqulukənd kənd sakini T.Xosrofova məxsus “VAZ-2107”, Köhnə Xudat kənd sakini S.Vəlibəyova məxsus “VAZ-2106” markalı avtomobillərdən və R.Rzayevin yaşadığı Hərbi şəhərcikdəki evin həyətindən müxtəlif əşyalar oğurlaması da müəyyən edilmişdir.