DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Qədimqala kənd sakini B.Alıyevi qətlə yetirməkdə şübhəli bilinən V.Aslanov saxlanılmışdır

21.01.2021

Yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonunun Qədimqala kəndi ərazisində kənd sakini B.Alıyevin odlu silahdan açılan atəşlə öldürülməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Aparılmış araşdırmalarla B.Alıyevin kənd sakini V.Aslanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qətlə yetirilməsi müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

V.Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Ondan cinayəti törədərkən istifadə etdiyi “BUM” markalı tüfəng götürülmüşdür.

21.01.2021 tarixinə olan kriminal məlumatlar