DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Motosiklet qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Vahidov müəyyən edilərək saxlanılmışdır

20.01.2021

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini C.Quliyev yanvarın 19-da Azadlıq prospektindən “Yamaha” markalı motosikletinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində motosikleti qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Vahidov müəyyən edilərək saxlanılmış, motosiklet yaşadığı evin həyətindən tapılmışdır.

20.01.2021 tarixinə olan kriminal məlumatlar