DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şəki" kafesini aşkarlanıb

20.01.2021

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları  inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şəki" kafesini aşkarlayıblar.

Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin sahibi R.Nəbiyev və daha 9 müştəri saxlanılaraq Polis İdarəsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Kafenin sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar isə məhkəməyə göndərilib.

20.01.2021 tarixinə olan kriminal məlumatlar