DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Əliyevin evindən 5 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür

19.01.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Əliyev Xəzər rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq, yaşadığı Buzovna qəsəbəsi Albalı bağlar sahəsindəki evdən isə 5 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.