DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən X.Səfərov saxlanılmışdır

26.11.2020

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da şəhər ərazisindəki evlərin birindən 650 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Səfərov saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun daha 2 evdən pul və qızıl-zinət əşyaları  oğurlaması da müəyyən edilmişdir.