DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quldurluqda şübhəli bilinən Gəncə şəhər sakini A.Səmədov saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir

19.10.2020

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da saat 5 radələrində Qızılqaya qəsəbəsində yaşayan F.Əliyevin evinə girərək ona və həyat yoldaşına bıçaqla xəsarət yetirib oradan 600 manat pul və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.