DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər sakini Ə.Həsənovun evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmişdir

19.10.2020

Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həsənovun evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmişdir.

Evə baxış zamanı oradan 2 kiloqrama yaxın tiryək, 1,4 qramdan artıq heroin, metamfetamin, elektron tərəzi və 22 ədəd şpris aşkar edilərək götürülmüşdür.

Orada narkotik qəbul edən şəhər sakinləri H.Əliyev, K.Abdullayev, T.Axundov və əvvəllər məhkum olunmuşlar - M.Qasımlı, İ.Gülağazadə, Ə.Həbibov, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qrama yaxın heroin götürülmüşdür.