DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində cinayət işi başlanmışdır

17.09.2020

Bərdə RPŞ-yə cari il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1000 manat pul tələb edilməsi barədə müraciət daxil olmuşdur.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

17.09.2020 tarixinə olan kriminal məlumatlar