DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Sait Həsənov saxlanılmışdır

13.07.2018

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Binnət İsmayılovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Sait Həsənov saxlanılmışdır.