DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonunun Qarabağlı kəndində yaşayan İlkin Məmmədovun həyətində yanğın baş vermişdir

13.07.2018

İyulun 12-də saat 22 radələrində Salyan rayonunun Qarabağlı kəndində yaşayan İlkin Məmmədovun həyətində yanğın baş vermişdir. Nəticədə 400 kip ot yanmış, 1 baş inək tələf olmuşdur. İ.Məmmədovun arvadı Fəridə xəsarətlə xəstəxanaya gətirilmiş, ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.