DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 96 cinayət faktı qeydə alınmışdır

11.07.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınmış, onların da 12-si “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur. 
  • Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 9 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılmışdır.