DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

11.07.2018

İyulun 10-da saat 23 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Ağdam rayon sakini Yasir Sadıqovun idarə etdiyi “Mercedes” (yük) və Tovuz rayon sakini Əli Quliyevin idarə etdiyi “VAZ-21064” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Quliyevin sərnişini - həmyerlisi Rüfət Əliyev hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.