DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanı qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri Mahir Bəyalıyev tutulmuşdur

06.07.2018

İyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirmişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Bəyalıyeva orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulmuşdur.

06.07.2018 tarixinə olan kriminal məlumatlar