DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir

05.07.2018

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi  və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

İyulun 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları Məçitməhəllə kənd sakini Hicran Əliyevin  həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu, həyətindəki yarımtikilidən isə  çəkisi 4 kiloqram 330 qram marixuana, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Həşimxanlı kəndi ərazisində kənd sakini V.Xancanovun kultivasiya yolu ilə yetişdirdiyi  91 ədəd çətənə  kolu aşkar edərək götürüblər.

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Uzunqazmalar kəndi  ərazisində yabanı halda bitmiş, çəkisi 2,5 ton olan 8450 ədəd çətənə kollarını yığaraq məhv ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.