DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.07.2018

İyulun 5-də saat 4 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Əli Kərimlinin idarə etdiyi “İsuzu” (yük) və Cəlilabad rayon sakini Rəşad Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Həsənov və sərnişinlərindən həmyerlisi Saməddin İsmayılov hadisə yerində ölmüş, digər iki sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.