DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində olan taxta kostruksiyalı çay evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş vermişdir

21.05.2018

Mayın 21-də saat 15 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Əyyub Haqverdiyevə məxsus ümumi sahəsi 15-20 kvm. olan taxta kostruksiyalı çay evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş vermişdir.

Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, çay evində olan Şəki rayon sakini Söhrab Saadov və Sumqayıt şəhər sakini Gülənaz İbrahimova hadisə yerində ölmüş, Gəncə şəhər sakini Natiq İbrahimov və Abşeron rayon sakini Şəkər İbrahimova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişlər.

N.İbrahimov orada ölmüş, Ş.İbrahimovanın vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.