DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

13 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Qurbanəli Əsgərzadə saxlanılıb

21.05.2018

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi  ondan götürülüb.

Ağcabədi RPŞ-də araşdırma aparılır.