Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Corat qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilmişdir
19 yanvar 2021

Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilmişdir.
İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilmişdir. Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq hər biri 200 manat cərimə edilmişlər.

Gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır
19 yanvar 2021

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.

Gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılmışdır
18 yanvar 2021Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılmışdır.

Paytaxtın Nizami rayonu ərazisində “Chevrolet” markalı avtomobillə paytaxt sakini E.Allahverdiyeva vurulmuşdur
18 yanvar 2021Yanvarın 18-də saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Paytaxt sakini İ.Süleymanlının cibindən pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən F.Səfərov saxlanılmışdır
18 yanvar 2021Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini İ.Süleymanlının cibindən pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Səfərov saxlanılmışdır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini C.Haqverdiyev saxlanılmışdır
18 yanvar 2021Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Haqverdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülmüşdür.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakinləri A.Şərbətov və S.Hüseynzadə saxlanılmışlar
18 yanvar 2021Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpədəki N saylı hərbi hissəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 18-də birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Uzuntəpə kənd sakini A.Şərbətov və sərnişini, Cəlilabad şəhər sakini S.Hüseynzadə Ocaqlı kəndi ərazisində saxlanılmışlar.

Avtomobilə baxış zamanı oradan 25 kiloqram 285 qram heroin, 6 kiloqram 920 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

İsmayıllı rayon sakini N.Baratovun yaşadığı evdən marixuana götürülmüşdür
18 yanvar 2021İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə kənd sakini N.Baratovun yaşadığı evə baxış zamanı oradan 415 qram marixuana aşkar edilərək götürülmüşdür.
Salyan rayon sakini S.Səməndərovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
18 yanvar 2021Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çuxanlı kənd sakini S.Səməndərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb
18 yanvar 2021

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Yanvarın 16-dan 18-dək nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 nəfər barəsində inzibati həbs, 2746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 4 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.