Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oğurluq etdiyinə görə tutulmuş Namiq Əliyevin törətdiyi digər cinayət əməli də müəyyən edilib
08 iyul 2018

Oğurluq etdiyinə görə tutulmuş Namiq Əliyevin ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 19-da metroda N.Əkbərovanın cibindən içərisində 335 manat və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır
08 iyul 2018

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 25-də rayon ərazisindəki mağazaların birindən 678 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
08 iyul 2018

Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Əkrəm Namazovun yaşadığı evin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Mənzillərin birindən rəsm əsəri oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Həsən Hacıyev saxlanılmışdır
08 iyul 2018

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mənzillərin birindən rəsm əsəri oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Həsən Hacıyev saxlanılmışdır. 

Göygöl rayonunun Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08 iyul 2018

İyulun 8-də saat 18 radələrində Göygöl rayonunun Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ceyhun Əliyevin idarə etdiyi “VAZ-21015” və Gəncə şəhər sakini Rövşən Verdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Əliyevin 2 sərnişini, habelə R.Verdiyev və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. V.Verdiyeva orada ölmüşdür.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Abşeron rayonu Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08 iyul 2018

İyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılmışdır.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
08 iyul 2018

İyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev “Mercedes” markalı avtomobili idarə edərkən onu (təkərin cırılması nəticəsində) aşırmışdır. Nəticədə E.Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölmüş, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Gün ərzində 95 cinayət faktı qeydə alınmışdır
07 iyul 2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınmış, onların da 7-si “isti izlər”lə açılmışdır.
  • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılmışdır.
2 ədəd təkər oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emin Mirzəyev saxlanılıb
07 iyul 2018

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini B.Məmmədovun “Mercedes” markalı avtomobilindən 2 ədəd təkər oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emin Mirzəyev saxlanılıb. 

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramin İsgəndərov saxlanılmışdır
07 iyul 2018

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 19-da rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və  2 ədəd bank kartını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramin İsgəndərov saxlanılmışdır.