Sabirabad rayonunun Rüstəmli kənd sakini M.Şükürov idarə etdiyi avtomobili su kanalına aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür | |
20 yanvar 2021 Yanvarın 20-də saat 15 radələrində Sabirabad rayonunun Surxayoba kəndi ərazisində Rüstəmli kənd sakini M.Şükürov idarə etdiyi “QAZ-24” markalı avtomobili su kanalına aşırmış və nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. |
Sabirabad şəhərində yol-nəqliyyat hadisəsi | |
20 yanvar 2021 Yanvarın 20-də saat 1 radələrində Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Y.Ataşovun vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılmışdır. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır. |
Motosiklet qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Vahidov müəyyən edilərək saxlanılmışdır | |
20 yanvar 2021 Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini C.Quliyev yanvarın 19-da Azadlıq prospektindən “Yamaha” markalı motosikletinin qaçırıldığını bildirmişdir. |
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əliyevdən 398 qramdan artıq heroin və 104 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür | |
20 yanvar 2021 Suraxanı RPİ 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 398 qramdan artıq heroin və 104 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür. |
Bakı şəhər sakini A.Adıgözəlovdan metamfetamin, 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür | |
20 yanvar 2021 Xətai RPİ 36-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür. |
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini E.Yaqubov saxlanılmışdır | |
20 yanvar 2021 Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Yaqubov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 76 qram marixuana götürülmüşdür. |
Beyləqan rayonun Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür | |
20 yanvar 2021 Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür. |
Qax rayonunun Qaxingiloy kənd sakini F.Mustafazadədən ümumilikdə 468 qramdan artıq marixuana və tapança aşkar edilərək götürülmüşdür | |
20 yanvar 2021 Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş F.Mustafazadədən 33 qramdan artıq marixuana və “Makarov” tipli tapança, habelə gizlətdiyi 435 qram marixuana aşkar edilərək götürülmüşdür. |
Şəmkir rayonunun Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür | |
20 yanvar 2021 Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Dəllər Cırdaxan kəndi ərazisində Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür. |
Salyan rayon sakinlərindən ov tüfəngləri götürülmüşdür | |
20 yanvar 2021 Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri X.Qurbanovdan və V.Qurbanovdan “BM” markalı ov tüfəngləri və 13 ədəd patron, Q.Orucovdan “TOZ-16”, S.Eyvazovdan “İJ-16”, R.Sultanovdan “İJ-17”, N.Əhmədovdan isə “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülmüşdür. |