Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib | |
22 yanvar 2021Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Samir Xəlilovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd AK-74 modelli “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 37 ədəd patron aşkar olunaraq götürülüb. Həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş İlkin Ağayev tutularaq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Marqolin” markalı tapança və 44 ədəd həmin silaha aid patron aşkar olunaraq götürülüb.Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Samir Xəlilov və İlkin Ağayev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir. |
Postlardan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb | |
22 yanvar 2021Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. Yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub. Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik. |
Gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır | |
21 yanvar 2021 Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır.
|
Şəmkir rayonunun Qədimqala kənd sakini B.Alıyevi qətlə yetirməkdə şübhəli bilinən V.Aslanov saxlanılmışdır | |
21 yanvar 2021 Yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonunun Qədimqala kəndi ərazisində kənd sakini B.Alıyevin odlu silahdan açılan atəşlə öldürülməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla B.Alıyevin kənd sakini V.Aslanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qətlə yetirilməsi müəyyən edilmişdir.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. V.Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Ondan cinayəti törədərkən istifadə etdiyi “BUM” markalı tüfəng götürülmüşdür. |
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi | |
21 yanvar 2021 Yanvarın 21-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolayrıcısına vurmuşdur. Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən biri orada ölmüşdür. |
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi | |
21 yanvar 2021 Yanvarın 21-də saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Sərdarzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Məmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. |
Cəlilabad rayon sakini Z.Soltanovdan nömrəsi silinmiş tapança aşkar edilərək götürülmüşdür | |
21 yanvar 2021 Binəqədi RPİ 5-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvəllər məhkum olunmuş Z.Soltanovdan nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilərək götürülmüşdür. |
Soyğunçuluqda şübhəli bilinən Ağdam rayon sakini Ə.Musazadə saxlanılmışdır | |
21 yanvar 2021 Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Biləcəri qəsəbə sakini İ.İsrafilovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Musazadə saxlanılmışdır. |
Nardaran qəsəbə sakini C.Yusifovun evinə baxış zamanı oradan tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür | |
21 yanvar 2021 Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Yusifovun evinə baxış zamanı oradan “TT” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür. |
Bülbülə qəsəbə sakini T.Cəfərovun evinə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin götürülmüşdür | |
21 yanvar 2021 Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbə sakini T.Cəfərovun evinə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin götürülmüşdür. Şəxsi axtarış zamanı orada olan Bakı şəhər sakini A.Əliyevdən də heroin aşkar edilmişdir. |