Polis əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı 22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb | |
23 yanvar 2021Daxili İşlər Nazirliyi tərəfindən ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri uğurla davam etdirilir. Belə ki, növbəti belə tədbir zamanı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıb. Həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda – 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram psixotrop maddə olan metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman “preqabalin” və 0,144 qram “metadon” aşkar olunaraq götürülüb. Faktla əlaqədar Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Elşən Kərimov barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Adıgözəlov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 qram narkotik vasitə olan metamfetamin, avtomobilindən isə 3 kiloqram marixuana və 2 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Saxlanılan Anar Adıgözəlov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Bül-Bülə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Teymur Cəfərov və Anar Əliyev saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 22 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman vasitələri qanunsuz dövriyyədən çıxarılıb. Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir. |
Gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır | |
22 yanvar 2021Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır.
|
Yanvarın 21-də İ.Qasımzadəni döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar | |
22 yanvar 2021Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də İ.Qasımzadəni döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hüseynov, Y.Qəhrəmanov və R.Mustafayev müəyyən edilərək saxlanılmışlar. |
Goranboy rayon skini F.Aslanovun yaşadığı evin həyətyanı sahəsindən tüfəng və patronlar götürülmüşdür | |
22 yanvar 2021Goranboy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə F.Aslanovun Safikürd kəndindəki yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan “SVD” markalı tüfəng və 140 ədəd tüfəng patronu aşkar edilərək götürülmüşdür. |
Binəqədi rayonu ərazisində “KİA” markalı avtomobillə paytaxt sakini S.Hüseynov vurulmuşdur | |
22 yanvar 2021Yanvarın 22-də saat 18 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini A.Qəhrəmanova idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini S.Hüseynovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır. |
Oğurluq etdiyinə görə tutulmuş T.Qəmbərovun Abşeron rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir | |
22 yanvar 2021Oğurluq etdiyinə görə tutulmuş T.Qəmbərovun ətrafında Baş CinayətAxtarış İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 evdən ümumilikdə 6300 manat pul və 7390 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir. |
Şamaxı rayon sakini S.Həbibovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür | |
22 yanvar 2021Şamaxı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 2-ci Çaylı kənd sakini S.Həbibovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülmüşdür. |
İsmayıllı rayon sakinləri T.Yəhyayevdən və A.Şirəliyevdən müvafiq sənədləri olmayan 2 ov tüfəngləri götürülmüşdür | |
22 yanvar 2021İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri T.Yəhyayevdən və A.Şirəliyevdən müvafiq sənədləri olmayan “İJ” və “TOZ-63” markalı 2 ov tüfəngləri götürülmüşdür. |
Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən daha bir nəfər saxlanılıb | |
22 yanvar 2021 Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan dah bir nəfər saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib. |
Binə qəsəbəsində 6 evdən oğurluq edən şəxs saxlanılıb | |
22 yanvar 2021Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub. Araşdırma zamanı onun Xəzər rayonu Binə qəsəbəsində 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub. Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hikmət Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hikmət Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər. |