Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oğurluqda şübhəli bilinən Saray qəsəbə sakini T.Qəmbərov saxlanılmışdır
17 yanvar 2021

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8515 manat pul, 12.655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılmışdır.

Salyan şəhər sakini V.Əhədovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür
17 yanvar 2021

Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini V.Əhədovdan müvafiq sənədləri olmayan “İJ-5” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakinləri Q.Qənbərli, E.Şahmarlı və H.Nəsirov saxlanılmışlar
17 yanvar 2021

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Q.Qənbərli, E.Şahmarlı və H.Nəsirov saxlanılmışlar.
Q.Qənbərlinin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 365 qramdan artıq heroin, metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini N.Zülfüqarovdan 4 kiloqram 115 qram heroin aşkar edilərək götürülmüşdür
17 yanvar 2021

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Zülfüqarov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 kiloqram 115 qram heroin aşkar edilərək götürülmüşdür.

Gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır
17 yanvar 2021

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılmışdır.

Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16 yanvar 2021

Yanvarın 16-da saat 16 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölmüş, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Bakı şəhər sakini S.Xəlilovdan “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülmüşdür
16 yanvar 2021

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilovdan “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülmüşdür.

455 qram marixuana aşkar edilərək götürülmüşdür
16 yanvar 2021

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax rayon sakini A.Məmmədov Qazax dəmir yolu stansiyasının ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 455 qram marixuana aşkar edilərək götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini N.Cəfərovdan 500 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür
16 yanvar 2021

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 500 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağstafa şəhər sakini Y.Cəfərovdan 445 qram marixuana aşkar edilərək götürülmüşdür
16 yanvar 2021

Ağstafa RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Cəfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 445 qram marixuana aşkar edilərək götürülmüşdür.