Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılmışdır | |
17 yanvar 2021 Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılmışdır.
|
Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyata hadisəsi | |
17 yanvar 2021 Yanvarın 17-də saat 21 radələrində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Günəşli kənd sakini V.Həsənov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişini S.Vəliyeva hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər. |
Qusar rayonunun Piral kəndi ərazisində yol-nəqliyyat hadisəsi | |
17 yanvar 2021 Yanvarın 17-də saat 19 radələrində Qusar rayonunun Piral kəndi ərazisində kənd sakini R.Sarıxanov idarə etdiyi “Dnepr” markalı motosikleti dərəyə aşırmış və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. |
Şəmkir rayonunun Mahmudlu kənd sakini S.Əsədovdan tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür | |
17 yanvar 2021 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəmkir rayonu ərazisində Mahmudlu kənd sakini S.Əsədovdan “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür. |
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Əsədovdan 515 qram heroin, 505 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür | |
17 yanvar 2021 Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Əsədov Sabunçu rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 53 qram, Bakıxanov qəsəbəsindəki evindən isə 515 qram heroin, 505 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. |
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Əliyevdən 500 qram heroin aşkar edilərək götürülmüşdür | |
17 yanvar 2021 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əliyev Lənkəran şəhəri ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 500 qram heroin aşkar edilərək götürülmüşdür. |
Narkotik vasitə ilə tutulmuş A.Məmmədovun torpağa basdırdığı “AKM” markalı silah və 4 ədəd patron aşkar edilərək götürülmüşdür | |
17 yanvar 2021 Narkotik vasitə ilə tutulmuş A.Məmmədovun ətrafında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qazax şəhəri ərazisində torpağa basdırdığı “AKM” markalı silah və 4 ədəd patron aşkar edilərək götürülmüşdür. |
Bakı şəhər sakini Ş.Sadıxovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülmüşdür | |
17 yanvar 2021 Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Sadıxovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülmüşdür. |
Oğurluqda və quldurluqda şübhəli bilinən Masallı rayon sakini K.Ağayev saxlanılmışdır | |
17 yanvar 2021 Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Masallı rayon sakini Ə.Səmədovun və Sədərək rayon sakini Ə.Rzayevin pullarını və geyim əşyalarını oğurlamaqda, Ə.Rzayevin oğlunun mobil telefonunu isə quldurluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş K.Ağayev saxlanılmışdır. |
Bakıxanov qəsəbə sakini A.Balakişiyevin evinin zirzəmisindən silah, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür | |
17 yanvar 2021 Sabunçu RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Balakişiyevin evinin zirzəmisinə baxış zamanı oradan nömrəsi silinmiş “AKMS” markalı silah, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür. |