DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19.05.2005



Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyası daxili işlər nazirinin dəvəti ilə mayın 19-da Moskva şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Azərbaycan və Rusiya daxili işlər nazirlərinin görüşündə cinayətkarlıqla mübarizənin nəticələri barədə məlumat mübadiləsi aparılacaq, ikitərəfli əməkdaşlığın vəziyyəti, təhlükəsizliyin təmin olunması üzrə birgə səylərin göstərilməsi, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın və beynəlxalq terrorizmin yeni hədə və təhdidlərinə qarşı fəaliyyətin gücləndirilməsi üzrə tədbirlər müzakirə ediləcəkdir.
Səfərin yekunu olaraq Birgə Bəyanat imzalanacaqdır.